Son vaxtlara qədər Donald Tramp Ərəbləri Yəhudilərlə barışdırdığına görə öyünürdü, lakin buna baxmayaraq əsrin anlaşması hələ də baş tutmayıb. Fələstin hələdə bir dövlət kimi mövcud deyil. BƏƏ və Bəhreynin İsrail ilə barışığı əsrlərdir davam edən münaqişəni həll etmir. Öz növbəsində Vladimir Putin başqa bir “əsrin müqaviləsi” ni imzalamağa nail oldu. İki ay davam edən döyüşlərdən sonra Rusiya prezidenti Ermənistan və Azərbaycan liderlərini danışıqlar masasına gətirdi və mövcud şəraitdə münaqişənin həlli üçün yeganə real yolu təklif etdi.  

Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın birgə bəyanat formasında imzaladıqları razılaşma 9 maddədən ibarətdir. Şübhəsiz ki, Rusiya üçün bunların ən əhəmiyyətlisi sülhdür. Putin Cənubi Qafqaza uzunmüddətli sülh gətirdi. Əsrlər boyu davam edən münaqişə, iki ayda baş verən və hər iki tərəfdən onlarla mülki şəxsin, minlərlə hərbçinin öldürüldüyü şiddətli müharibə dayandırıldı. 10 noyabr saat 00:00-dan etibarən atəşkəs elan olundu. 

Rusiyanın geosiyasi mühasirəsi bu tarixi dövrdə çox təhlükəlidir. Moldova, Ukrayna və Gürcüstan NATO-ya cəlb edilir, Belarusiyada etirazlar dayanmır və bu qeyri-stabillik yenidən Qırğızıstana toxunur. Bircə Zaqafqaziyada Türkiyə bəlkə də NATO ilə potensial bir toqquşma xaosu çatışmırdı. Bütün bu altı həftə ərzində Rusiyanın müharibəyə cəlb olunması təhlükəsi mövcud idi. Əgər Bakının zərbələrinə cavab olaraq artilleriya İrəvan üzərindən gəlsəydi KTMT lideri olaraq Moskva Ermənistanı müdafiə etməli və Azərbaycanı dayandırmalı idi. O zaman isə NATO-nun güclü ölkəsinin lideri Ərdoğan qardaş xalqın tərəfinə qoşulacaqdı. 

Putinin uzun müddət münaqişəyə müdaxilə etməməsi, Bakıda sakit sevinc, İrəvanda isə gizli nifrət yaradırdı. Bəzi ekspertlər artıq bölgədə başqa bir liderin – Türkiyənin meydana gəldiyini və Rusiyanın “zəif” olduğunu düşünməyə başlamışdlar. Ancaq Kreml səbr edərək, diplomatik müdaxilə ilə bir anda çətin düyünü açdı. Putin-Əliyev-Paşinyan arasında imzalanan müqavilən mahiyyətcə Lavrovun bütün bu illər ərzində irəli sürdüyü planı – 7 bölgənin Azərbaycana verilməsi və müəyyən statusa malik olan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qorunmasını ifadə edir. Əliyevin uğurlu hərbi əməliyyatları planı o qədər də dəyişmədi (razılaşmada DQR statusu məsələsi yoxdur), lakin buna baxmayaraq sonda da elə o həyata keçirilir. 

Cənub sərhədlərindəki geopolitik sabitliyə əlavə olaraq, Rusiya daha iki qazanc əldə etdi. İlk olaraq Putin sübut etdi ki, regionun ağası Rusiyadır. Bütün qərb liderləri, o cümlədən şiddətə son qoyulmasını tələb edən Tramp, Merkel və Macron da daxil olmaqla Rusiya liderinə hörmət etməyə məcburdular. O, onlar üçün və onların əvəzinə Qərbin “pasifist xəyallarını” gerçəkləşdirdi. Dünyada Kremlin bir sülhpərəst kimi prestiji artmalıdır. AB də öz növbəsində Rusiya liderinə təşəkkür etməlidir ki, o, bu sülhü qaçqınların Avropaya qaçdığı Suriyada da yarada bilib. Putin və Ərdoğan arasında İdliblə bağlı sazişə əsasən, köç dayandırıldı. 

İkincisi, Dağlıq Qarabağ ərazisindəki rus sülhməramlıları Rusiyanın Azərbaycanda və Zaqafqaziyada nüfuzunun güclənməsinə xidmət edəcək. Ermənistandakı, Cənubi Osetiyadakı Rusiya bazalarından əlavə olaraq, Moskva daha bir baza əldə etdi. Başlıca məqsəd – Türkiyənin Azərbaycanda təsirini məhdudlaşdırmaq və Bakının Qərbə inteqrasiya layihələrinə girməsini qarantiyaya almaqdır. 

Ermənistan və Azərbaycan maraqları ayrıca bir analitik təhlil tələb edir. Bir sözlə, İrəvan üçün pis bir sülh, yaxşı müharibədən daha yaxşıdır, hansı ki Əliyevin qoşunları Stepanakertdən (Xankəndi) 2 km məsafədə dayanıblar. Amma Rusiya sülhməramlılarının timsalında müəyyən məhdudiyyətlərlə olsa da Azərbaycan üçün saziş, işğal olunmuş bütün rayonların geri qaytarılması, ərazi bütövlüyünün bərpasıdır. Stepanakert erməniləri Ermənistana, azərbaycanlılar isə Naxçıvana hərəkət azadlığı əldə edəcəklər. 

O ki qaldı Türkiyəyə, onun sülhməramlılıqdakı rolu sual altında qalır. Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Qarabağda türk hərbçisi olmayacaq. Digər tərəfdən, Ankara problemin ümumiyyətlə Türkiyə və Rusiya liderləri səviyyəsində həll olunduğuna nail oldu. Qarabağ razılaşması son illərdə bu iki aparıcı gücün strateji tərəfdaşlığının təməlini Zaqafqaziyada daha da möhkəmləndirəcək və ABŞ və AB-nin Yaxın Şərqdəki imkanlarını məhdudlaşdıracaq.

От Həsənov Kamran

Rusiya Xalqlar Dostluğu Universitetinin Baş müəllimi, siyasi elmlər namizədi