Qarabağ müharibəsi Cənubi Qafqaz regionun siyasi gələcəyi ilə bağlı bir çox sualına cavab oldu. Buna Rusiyanın rolu, Türkiyənin təsiri, Ermənistandakı daxili siyasi vəziyyət və Azərbaycanın geosiyasi oriyentasiyası daxildir. Bir sıra mütəxəssislər İlham Əliyevin Rəcəb Ərdoğana köməyinə görə təşəkkür etməsini, Türkiyəyə ticarətdən hərbi bazalara qədər bütün sahələrdə güzəştli şərtlərin təqdim edəcəyi barədə fikirlər irəli sürürdülər. Deyilirdi ki, Azərbaycan demək olar ki, başqa bir türk vilayətinə çevriləcək. Məncə bu versiya, müəyyən məntiqi əsaslara dayansa da, çox hipertrofiyalıdır. Mənim fikrimcə, aydın olan bir şey var.

Bakı ilə Ankara arasında yaxınlaşma olsa belə, bu, Rusiya dövlət xadimlərinin qorxduğu kimi Azərbaycanın gələcəkdə NATO-ya və Aİ-yə girməsi üçün bir addım olmayacaq. Əslində səbəb heç azərbaycanlıların müttəfiqi olan Türkiyənin Suriyaya, kürdlərə, Aralıq dənizinin və Liviyanın qaz yataqlarına görə Brüssel və Vaşinqtona düşmən olması da deyil. Məsələ budur ki, Əliyev nəhayət Qərb demokratiyalarının “əsl üzünü” gördü. Müharibənin həlledici anında, dostluğun, eləcə də tərəfdaşlığın gücünün sınandığı zaman bütün aparıcı demokratlar Azərbaycana qarşı mövqe sərgilədilər. ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa və ABŞ buna baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlara girişini mühakimə edərək, bu ərazilərin Bakı şəhərinə məxsusluğunu şübhə altına aldılar. Müvafiq olaraq, özlərinin də imzaladığı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini zibil qutusuna atdılar. Üstəlik, Fransa lideri Emmanuel Makron utanmadan Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək verdiyini bildirdi, Almaniya Xarici İşlər Nazirliyi isə Əliyevi sanksiyalarla bağlı hədələdi.

Əliyevin son iki çıxışından məlumdur ki, o, Avropa ilə əməkdaşlığın qeyri-müəyyən perspektivlərindən qəti şəkildə məyus olub. BBC-yə müsahibəsi zamanı journalist Azərbaycan liderini mətbuatı və müxalifəti təzyiqlərə məruz qoymaqda ittihamla tənqid edərək, ona demokratiya öyrətməyə cəhd etdi. Lakin Əliyev heç də təəccüblənmədən ona eyni tərzdə cavab verərək, azadlıq məhbusu Julian Assanc-nin İngiltərə həbsxanasında olduğunu xatırlatdı.

Siz prokuror kimi danışırsız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nə üçün Assanc-ni həbsdə saxlayırsınız? Niyə? Siz onu jurnalist fəaliyyətinə görə həbsdə saxlayırsınız ”-, deyə İ.Əliyev cavab verib.

İlham Əliyev Qərbi tənqid edən ikinci sərt bəyanatını Ağdam məscidində çıxışı zamanı deyib. AB ölkələrinin Qarabağdakı xristian ziyarətgahlarının taleyi ilə bağlı narahatlığına cavab olaraq, İ.Əliyev qeyd edib ki, Azərbaycanda bütün dinlərə və məbədlərə böyük hörmətlə yanaşılır. Bu yanaşma isə Rus Patriarxı və Katolik Papası tərəfindən yüksək qiymətləndirilib. İ.Əliyev bu iddiların xüsusilə Fransa prezidenti Makronun timsalında, İslamofobiyanı təhrik edən Qərb ölkələrinin liderləri tərəfindən ortaya atıldığını deyib.

Macron, Merkel və digərlərindən soruşmaq lazımdır, Paşinyanı Əliyevdən daha demokratik olduğu üçün dəstəkləyirdilər? İstisna deyil ki, Avropa İttifaqı və ABŞ üçün demokratiyanın ölçüsü Qərbyönümlülük dərəcəsidir. Bu cəhətə görə, Əliyevin bu məsələdə böyük çatışmazlıqları var. ABŞ düşməni İranla əməkdaşlıq edir, AB-nin nifrət etdiyi Türkiyə ilə dostdur və NATO-nun 1 nömrəli rəqibi Putinin strateji ortağıdır.

Qərblə münasibətlərdəki gərginlik Moskva ilə əlaqələrdən tamamilə fərqlidir. Əliyev, Rusiyaya sülhməramlı əməliyyat və üçtərəfli müqavilənin imzalanmasında göstərdiyi səylərə görə təşəkkür edib. Daha dəqiq desək, Putinin döyüş əməliyyatları zamanı bitərəf mövqe sərgiləməsi Azərbaycan rəhbərliyi və ekspert cəmiyyətində yüksək qiymətləndirilir. Bəlkə də Bakı və Moskva Qarabağdakı müharibədən sonra yaxın dost olmadılar, lakin münaqişə Qərbin dost olmadığını qəti şəkildə göstərdi.

Əlbəttə, ölkələrin münasibətlərində fərqli dövrlər olur. Dünən Yaponiya ilə ABŞ bir-birlərini məhv edirdilər, bu gün isə müttəfiqdirlər. Azərbaycanda isə fərqli bir vəziyyətdir. Ölkə heç bir böyük güclər tərəfindən işğal edilməyib. Manevr azadlığı və tərəfdaş seçimi var. Bakı hipotetik olaraq Türkiyə ilə, Aİİ çərçivəsində Rusiya ilə və İranla inteqrasiya edə bilər. Bəlkə də Şimal-Cənub və Cənub-Qərb layihələri işə başlasa parallel olaraq hamısı ilə inteqrasiya edə bilər . Azərbaycan öz neftini və qazını Bakı-Tbilisi-Ceyhan və TANAP boru kəmərləri ilə Qərbə çatdırır. Lakin belə baxanda, neft satmaq üçün heç inteqrasiya birliklərinə qoşulmaq da lazım deyil.

Beləliklə, Qarabağ müharibəsindən sonra Azərbaycan başa düşdü ki, Qərbə güvənmək və etibar etmək mümkün deyil. Ticarət etmək olar, lakin nə siyasi, nə də sivilizasiya baxımından inteqrasiyanın heç bir mənası yoxdur. “Şərq Tərəfdaşlığını” pozmağın vaxtı gəlib çatdı.

От Həsənov Kamran

Rusiya Xalqlar Dostluğu Universitetinin Baş müəllimi, siyasi elmlər namizədi